Şriftin ölçüsü :

Saytın rəngi :

KARANTİN TƏDBİRLƏRİ – Koronavirus (COVİD-19) infeksiyasına qarşı profilaktik tədbirlər davam etdilir.

15 aprel 2020 | 11:00

    Ağcabədi rayonunda xüsusi karantin rejiminin tələblərinə də ciddi nəzarət olunur. 14 aprel tarixində bu tələbləri pozan 16 nəfərə xəbərdarlıq olunmuş, 9 nəfər isə inzibati qaydada cərimələnib.
    Rayon İcra Hakimiyyətinin yaratdığı mobil qruplar və polis əməkdaşları tərəfindən mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici söhbətlər aparılır və onların evdə qalmalarının sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır. Vətəndaşlara həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.
    Qeyd edək ki, Ağcabədi rayonunda dezinfeksiya işləri də mütəmadi davam etdirilir. Belə ki, 14 aprel tarixində rayonda 5 çoxmənzilli yaşayış binası, 7 qeyri-yaşayış binası, 35 ticarət və xidmət obyekti, 6 avtomobil dayanacağı, 20 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 60-dan çox ödəniş terminalları və bankomatlar dezinfeksiya edilmiş, 6 küçə və 2 körpü xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiyaedici məhlullarla yuyulub. Bu tədbirlər ardıcıl olaraq rayonun şəhər ərazisi ilə yanaşı qəsəbə və kəndlərində də davam etdirilir. Rayon İcra Hakimiyyəti tərəfindən 100-dən çox çiləyici əl aparatları gətirilmiş, dezinfeksiya işlərinə kommunal xidmət sahəsinin işçiləri də cəlb olunmuşdur.

Keçidlər