Ağcabədi rayonunda “ Novruz “ bayramı münasibəti ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkası keçirilmişdir.
16 mart 2014-cü il tarixdə Ağcabədi şəhəri Mərkəzi Stadionunda “Novruz “ bayramı münasibəti ilə kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkası keçirilmişdir.
Yarmarka səhər saat 08:00 –dan günorta saat 14:00 –a kimi davam etmişdir. Yarmarkaya bütün rayon əhalisinin cəlb edilməsi üçün elanlar və təbliğat işləri aparılmışdır.
Yarmarkaya bütün rayon əhalisinin cəlb edilməsi üçün elanlar və təbliğat işləri aparılmışdır. Bununla yanaşı, yarmarkada satış qiyməti 20-25 % endirilməklə 6,5 tona yaxın ət məhsulları, müxtəlif növ kənd təsərrüfatı və ərzaq məhsulları rayon əhalisinə bazar qiymətindən 20- 25 % endirimlə satılmışdır.
Yarmarkada Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov da iştirak etmişdir.
Rayon əhalisi bu bayram günündə onlar üçün təşkil olunan bu yarmarkaya görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər ki, əziz Novruz bayramı günündə bütün lazım olan kənd təsərrüfatı və ərzaq məhsullarını bazar qiymətindən xeyli aşağı qiymətə əldə edib, bayram süfrələrini daha da zənginləşdirəcəklər.
Yarmarkada 10 min nəfərdən artıq rayon əhalisi iştirak etmişdir .