Şriftin ölçüsü :

Saytın rəngi :

MOB – Qaynar xəttə daxil olan bütün müraciətlər operativ araşdırılır.

15 aprel 2020 | 11:00

   14 aprel tarixində rayon İcra Hakimiyyətində yaradılmış Müraciətlərə Operativ Baxılma Mərkəzinin qaynar xəttinə 35 vətəndaş müraciəti daxil olmuşdur. Aztəminatlı ailə kimi birdəfəlik maddi yardımın göstərilməsi ilə bağlı müraciətlər həmin ailələrin maddi vəziyyətinin mobil qruplar tərəfindən araşdırılması üçün aidiyyəti üzrə təqdim olunmuş, eyni zamanda işsizliyə görə birdəfəlik ödəmə üçün isə rayon Məşğulluq Mərkəzinə istiqamətləndirilmişdir. Mərkəz əməkdaşları tərəfindən vətəndaşların sualları ətraflı cavablandırılmış, qanunvericiliyə uyğun olaraq vətəndaşlara müvafiq izahatlar verilib. Müraciətlərin cavabları telefon zəngi, sms və whatsapp mesajları vasitəsilə vətəndaşlara çatdırılıb.
    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyətində qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları, eyni zamanda səyyar qəbulların keçirilməsi təxirə salınmışdır.
   Ağcabədi Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə Müraciətlərə Operativ Baxılma Mərkəzi tərəfindən həyata keçirilir.
    Yeni yaradılmış MOB mərkəzində, ümumilikdə 100-dən çox mövzu ilə bağlı vətəndaş müraciətlərinə operativ baxılması, cavablandırılması və həlli üçün 7 pəncərə üzrə məsul işçilər, könüllülər və operativ işçi qrup fəaliyyət göstərir.

Mərkəzin əlaqə məlumatlarını diqqətinizə çatdırırıq:
Qaynar xətt: 050-473-97-73; 070-373-97-73; 021-275-48-06; 021-275-52-03
WhatsApp:   050-473-97-73
Skype:          Ağcabədi MOB
E-poçt:         mail@agcabedi-ih.gov.az; agcabedi.mob@gmail.com

 

Keçidlər