Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağlı gənclər “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” şüarına dəstək verdilər.

16 aprel 2020 | 11:00

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkədə elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “BİZ BİRLİKDƏ GÜCLÜYÜK!” şüarına dəstək olaraq aztəminatlı ailələrə, yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə, şəhid ailəsi üzvlərinə və digər həssas kateqoriyadan olan insanlara dəstək məqsədilə həyata keçirilən aksiya çərçivəsində Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi və “Güvən” Xeyriyyə və Dostluq Cəmiyyəti tərəfindən 50 ailəyə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanılıb.
Həssas kateqoriyadan olan insanlara diqqət və qayğının əməli ifadəsi olan bu kimi xeyirxah tədbirlər hazırkı xüsusi karantin rejimi dönəmində #evdəqal çağırışına mühüm bir dəstəkdir.

Keçidlər