KARANTİN TƏDBİRLƏRİ - Dizenfeksiya işləri və karantin rejiminin qaydalarını pozanlara qarşı tədbirlər davam etdilir.
13 aprel tarixində rayonda 5 çoxmənzilli yaşayış binası, 56 qeyri-yaşayış binası, 45 ticarət və xidmət obyekti, 6 avtomobil dayanacağı, 30 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 60-dan çox ödəniş terminalları və bankomatlar dezinfeksiya edilmiş, 11 prospekt, küçə və 2 körpü xüsusi ayrılmış avtomobillər vasitəsilə dezinfeksiya edici məhlullarla yuyulub. Bu tədbrilər ardıcıl olaraq rayonun şəhər ərazisi ilə yanaşı qəsəbə və kəndlərində də davam etdirilir.
Dizenfeksiya işləri kəndlərdə də mütəmadi aparılır. Kənd ərazisində yolların dizenfeksiyasedici məhlullarla yuyulmasında kənd təsərrüfatı texniklarından da çiləyici kimi də istifadə olunur. Eyni zamanda, rayon İcra Hakimiyyəti tərəfindən 100-dən çox çiləyici aparat gətirilmiş, dizenfeksiya işlərinə kommunal xidmət sahəsinin işçiləri də cəlb olunmuşdur.
Rayonda xüsusi karantin rejiminin tələblərinə də ciddi nəzarət olunur. 13 aprel tarixində bu tələbləri pozan 14 nəfərə xəbərdarlıq olunmuş, 7 nəfər isə inzibati qaydada cərimələnib.
Qeyd edək ki, rayon İcra Hakimiyyətinin yaratdığı mobil qruplar və polis əməkdaşları tərəfindən mütəmadi olaraq rayon sakinləri ilə maarifləndirici söhbətlər aparılır və onların evdə qalmalarının sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılır. Vətəndaşlara həyata keçirilən bütün tədbirlərin sakinlərin sağlamlığının qorunmasına xidmət etdiyi izah olunur.