Şriftin ölçüsü :

Saytın rəngi :

MOB – Vətəndaş müraciətləri operativ cavablandırılır.

14 aprel 2020 | 11:00

   13 aprel tarixində rayon İcra Hakimiyyətində yaradılmış Müraciətlərə Operativ Baxılma Mərkəzinin qaynar xəttinə 33 vətəndaş müraciəti daxil olmuşdur. 29 müraciət aztəminatlı ailə kimi birdəfəlik maddi yardımın göstərilməsi ilə bağlı olmuş, həmin ailələrin maddi vəziyyətinin mobil qruplar tərəfindən araşdırılması üçün aidiyyəti üzrə təqdim olunmuş, eyni zamanda işsizliyə görə birdəfəlik ödəmə üçün isə rayon Məşğulluq Mərkəzinə istiqamətləndirilmişdir. Digər müraciətlərlə bağlı da mərkəz əməkdaşları tərəfindən vətəndaşların sualları cavablandırılmış, qanunvericiliyə uyğun olaraq vətəndaşlara müvafiq izahatlar verilib. Cavablar telefon zəngi, sms və whatsapp mesajları vasitəsilə vətəndaşlara çatdırılıb.
    Bundan başqa Şahmallar kənd sakini Mirmehdi Məmmədli MOB-un qaynar xəttinə zəng edərək pay torpaq sahələrinin suvarılmasında istifadə olunun subartezian nasosunun işləmədiyini bildirmiş, mərkəz əməkdaşları tərəfindən dərhal rayon Subartezian Quyularının İstismarı İdarəsinə məlumat verilmiş, gün ərzində nasos işlək vəziyyət gətirilərək suvarma suyunun təminatı bərpa olunmuşdur.
    Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyətində qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları, eyni zamanda səyyar qəbulların keçirilməsi təxirə salınmışdır.
   Ağcabədi Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə Müraciətlərə Operativ Baxılma Mərkəzi tərəfindən həyata keçirilir.
    Yeni yaradılmış MOB mərkəzində, ümumilikdə 100-dən çox mövzu ilə bağlı vətəndaş müraciətlərinə operativ baxılması, cavablandırılması və həlli üçün 7 pəncərə üzrə məsul işçilər, könüllülər və operativ işçi qrup fəaliyyət göstərir.

Mərkəzin əlaqə məlumatlarını diqqətinizə çatdırırıq:
Qaynar xətt: 050-473-97-73; 070-373-97-73; 021-275-48-06; 021-275-52-03
WhatsApp:   050-473-97-73
Skype:          Ağcabədi MOB
E-poçt:         mail@agcabedi-ih.gov.az; agcabedi.mob@gmail.com

Keçidlər