Gənclərdən növbəti alqışlanacaq addım
Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı üzrə pandemiyanın milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ve sosial istiqamətlər üzrə 3 milyard manat, o cümlədən, Tədbirlər Planı əsasında sosial rifahın dəstəklənməsi istiqaməti üzrə 400 milyon manat vəsait ayrılıb. Bu məqsədlə də sosial rifahın dəstəklənməsi tədbirlərindən biri kimi işsiz şəxslərin qeydiyyatı və birdəfəlik ödəmə ilə təminatı həyata keçirilir.
İşsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) əmək qabiliyyətli, lakin faktiki işsiz olan və sosial ödəniş almayan ailənin bir neçə üzvünə verilə bilər.
Işsiz şəxslərin qeydiyyata alınması üzrə cədvələ uyğun olaraq 11 aprel 2020-ci il tarixində Gənclər üçün Təhsil Mərkəzi tərəfindən UNİCEF, Avropa İttifaqı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə icra olunan "İnteqrasiya olunmuş sosial xidmətlər modeli" layihəsi çərçivəsində Ağcabədi rayonunda fəaliyyət göstərən GTM Qarabağ ofisinə müraciət edən ailələrdən birdəfəlik ödəmənin şamil edildiyi 163 nəfər ailə üzvü mərkəzin sosial işçiləri tərəfindən elektron qaydada işsiz şəxs kimi e-sosial.az portalında qeydiyyata alındı.