Ağcabədi rayonunun kəndlərində də tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər davam etdirilir.
13 aprel 2020 | 11:00
Aparılan tədbirlər fonunda epidemiya ilə bağlı rayonunun kəndlərində də sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir, təxirəsalınmaz profilaktik tədbirlər həyata keçirilir. Kəndlərdə fəaliyyət göstərən inzibati binalarda, məktəblərdə, uşaq bağçalarında, ara yollarında, tibb məntəqələrində, dayanacaqlarda və s. yerlərdə dezinfeksiya işləri davam etdirilir.