Ağcabədi rayonunda 8 Mart –Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilmişdir.
08 mart 2013-cü il tarixdə saat 10:00 –da Ağcabədi rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir.
Tədbirə başlamazdan öncə rayonun qadınlarından ibarət nümayəndələr Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli abisəinin ziyarət etmiş, önünə tər – çiçək dəstələri qoymuş və Onun əziz xatirəsini yad etmişlər.
Tədbirdə rayonun ictimai həyatından fəal olan qadınlar o cümlədən təhsil,səhiyyə, mədəniyyət, bələdiyyə sahəsində çalışan qadınlar və digər qonaqların iştirakı ilə 550 nəfər iştirak etmişdir.
Tədbir Ağcabədi rayonunda fəaliyyət göstərən “ Kral “ şadlıq sarayında davam etdirilmişdir.
Bayram tədbirində iştirak edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov çıxış edərək qadınları əziz bayram günü münasibətilə təbrik etmişdir. O çıxışında qeyd etmişdir ki, qadınlar cəmiyyətimizin istər ailə, istər sosial, istərsə də ictimai həyatında kişilərə yardımcı olan böyük qüvvədirlər. Qadınlar vətənə layiqli vətəndaş, vətənpərvər insan yetişdirən və onlara tərbiyə verən anadırlar. İstərdik ki, həyatlarının bütün günü onlar üçün bayram olsun. Çünki bütün qadınlar xüsusilə analar bütün bayramlara layiqdirlər. Sonda rayon rəhbəri başda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva olmaqla, bütün Azərbaycan qadınlarını o cümlədən Ağcabədi qadınlarını, analarını 8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik etmiş, onlara qadın xoşbəxtliyi, ailə səadəti və övlad sevinci və gələcək işlərində uğurlar arzulamışdır.
Tədbirdə respublikada tanınmış Ağcabədi qadınlarının fəaliyyətindən bəhs edən film slayd nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən Rayon Heydər Əliyev Mərkəzinin baş mühafizi Məhsəti Musa söylədiyi şeiri və həm də təbrik ilə, vətənimizin keşiyində sədaqətlə xidmət edən N saylı hərbi hissənin əsgəri və digər təbrik edənlər bu gün münasibətilə bütün Azərbaycan analarına öz təbrikini yetirmiş onlara qadın xoşbəxtliyi, ailə səadəti , hər zaman təravətli olan qadın gözəlliyi arzulamışdır.
Hər bir övlad üçün ananın dəyəri heç bir kəmiyyət ilə ölçülə bilməz. Rayon 5 saylı bağçanın 4-5 yaşlı üzvləri də bu gün münasibətilə başda öz anaları olmaqla bütün Azərbaycan analarını, qadınlarını təbrik etmiş və onlara xoşbəxtlik arzulamışdırlar.
Daha sonra rayonun ictimai –siyasi həyatında fəal qadınlara Rayon İcra Hakimiyyəti Başçısının Fəxri fərmanı və qiymətli hədiyyələr təqdim edilmişdir.
8 Mart – Beynəlxalq Qadınlar gününə həsr olunmuş bayram tədbiri Rayon Mədəniyyət və Turizm şöbəsinin hazırladığı bayram konserti ilə davam etmişdir.