Şriftin ölçüsü :

Saytın rəngi :

KARANTİN TƏDBİRLƏRİ – Kənd ərazilərində genişmiqyaslı dizenfeksiya işləri davam etdirilir.

11 aprel 2020 | 11:00

  10 aprel tarixində rayonun Ağabəyli, Arazbar, Aşağı Avşar, Avşar, Cəfərbəyli, Gələbədin, Göyük, Hacıbədəlli, İmamqulubəyli, Kəhrizli, Kürdlər, Qaradolaq, Qaraxanlı, Qaravəlli, Mehrablı, Minəxorlu, Muğanlı, Poladlı, Rəncbərlər, Sarıcalı, Sarvanlar, Şahsevən Təzəkənd, Şərəfxanlı kənd inzibati dairələri ərazisində kənd yolları, inzibati binalar, eləcə də yaşayış evlərində geniş dizenfeksiya işləri aparılıb.
  Bundan başqa ümumilikdə ötən gün ərzində rayon ərazisində 4 çoxmənzilli yaşayış binası, 12 qeyri-yaşayış binası, 30 ticarət və xidmət obyekti, 4 avtomobil dayanacağı, 20 sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitəsi, 50-dən çox ödəniş terminalları və bankomatlar dizenfeksiya edilmiş, 6 küçə xüsusi ayrılmış avtomobillər vasitəsilə dizenfeksiya edici məhlullarla yuyulub.
   Qeyd edək ki, vətəndaşların koronavirus infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq genişmiqyaslı profilaktik tədbirlər həyata keçirilir. Bu işlər rayon ərazində də mütəmadi olaraq davam etdirilir.

 

Keçidlər