Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində onlayn iclas keçirilib.

08 aprel 2020 | 11:00

    8 aprel tarixində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri ilə onlayn iclas keçirib.
   Ölkədə “COVİD-19” koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir. 20 aprel 2020-ci il tarixinədək ölkədə xüsusi karantin rejim elan olunmuşdur. Görülən tədbirlər çərçivəsində kütləvi tədbirlər, eyni zamanda daxili iclaslar, qəbul otaqlarında həyata keçirilən vətəndaşların qəbulu və səyyari görüşlər təxirə salınıb.
   Buna görə də Ağcabədi Rayon İcra Hakimiyyətində iclas və qəbullar yeni formatda həyata keçirilir. Müasir texnologiyaların imkanı ilə video konfrans formatında keçirilən iclasda rayonun 41 inzibati ərazi dairəsi üzrə icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edib. İclasda yerlərdə xüsusi karantin rejiminin tələblərinin təmin olunması, əhalinin maarifləndirilməsi və dizenfeksiya işlərinin görülməsi ilə bağlı tapşırıqlar verilib. Daha sonra kənd təsərrüfatı işləri müzakirə olunub. Yonca sahələrində zərərvericilərə qarşı kimyəvi mübarizənin aparılması, pambıq səpininə hazırlıq işləri barədə rayon İcra Hakimiyyətinin başçısı müvafiq tapşırıq  və tövsiyələrini verib.
   Qeyd edək ki, öz işini yeni qayda və tələblərə uyğunlaşdıran rayon İcra Hakimiyyətində vətəndaş müraciətləri üçün yaradılmış Müraciətlərə Operativ Baxılma Mərkəzi fəaliyyət göstərir və qaynar xəttə gələn zənglər, whatsapp mobil tətbiqi və digər onlayn vasitələrlə daxil olan bütün müraciətlər dərhal operativ şəkildə qanunamüvafiq cavablandırılır.

Keçidlər