YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurası 8 Mart -Beynəlxalq Qadınlar günü münasibətilə 65 yaş həddini keçmiş bir qrup qadınlarla görüş keçirmişdir.
07 mart 2014-cü il tarixdə saat 16:00 –da YAP Ağcabədi rayon təşkilatının inzibati binasında Qadınlar Şurasının üzvləri 8 Mart -Beynəlxalq Qadınlar günü münasibətilə 65 yaş həddini keçmiş ,rayonun ictimai-siyasi həyatında aktiv iştirak etmiş bir qrup qadınlarla görüş keçirmişdir.
Tədbir iki hissədən ibarət olmuşdur. Rəsmi hissədə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və digər çıxış edənlər qadınları əlamətdar bayram münasibəti ilə təbrik etmiş və onlara can sağlığı, uğurlar arzulamışdırlar. Daha sonra 65 yaş həddini keçmiş hər bir qadına bayram münasibəti ilə hədiyyələr təqdim olunmuşdur.
Tədbir təşkil edilmiş şirniyyat süfrəsi arxasında dəyirmi masada səmimi söhbətlə davam etdirilmişdir.
Tədbirin yekununda Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadının diqqət və qayğısını əks etdirən sənədli film nümayiş olunmuşdur.