KARANTİN TƏDBİRLƏRİ - Mobil qruplar təbliğat və maarifləndirmə işlərini davam etdirir.
Ağcabədi rayonu ərazisində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması istiqamətində maarifləndirmə işlərİ davamlı olaraq həyata keçirilir.
Belə ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşları, inzibati ərazi nümayəndələri, bələdiyyələr, könüllü gənclər, Yeni Azərbaycan Partiyasının fəalları və digər qurumların nümayəndələrindən ibarət 82 mobil qrup yaradılıb və bu günədək 16727 ailə olmaqla 77248 nəfər vətəndaşla görüşülüb.
Vətəndaşlarla görüşdə ölkədə tətbiq olunan xüsusi karantin rejiminə ciddi əməl olunması, zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq şəxsi gigiyena qaydalarına əməl etməyin vacibliyi vurğulanıb.
Vətəndaşlara özlərinin və ailə üzvlərinin sağlamlığı naminə onlarla aparılmış təbliğat işlərinə tam məsuliyyətlə əməl etmələri tövsiyə olunur.