Şriftin ölçüsü :

Saytın rəngi :

KƏND TƏSƏRRÜFATI - Ağcabədidə pambıq sahələrində pestisidlərdən istifadə barədə maarifləndirmə tədbirləri keçirilir.

05 aprel 2020 | 11:00

  Ağcabədi rayonunda  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Ucar regional bölməsi, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzi və Ağcabədi Bitki Mühafizə Mərkəzi tərəfindən rayon ərazisində fəaliyyət göstərən “MKT-İK” MMC-nin Ağcabədi filialı, “P-Aqro” MMC-nin Ağcabədi filialı və “Azərpambıq” MMC-nin Ağcabədi filialında pambıq sahələrində pestisidlərdən istifadə qaydalarına dair maarifləndirici görüşlər keçirilib.
  Görüş zamanı pambıq sahələrində pestisidlərlə istifadə barədə texniki təhlükəsizlik tədbirləri barədə maarifləndirici söhbətlər aparılmış və müvafiq tövsiyələr verilmişdir. Pestisidlərdən istifadə zamanı sahələrdə əvvəlcədən xüsusi xəbərdaredici lövhələrin vurulması, xüsusi geyimlərdən yəni pestisidlərlə işləyən şəxslərin toksiki maddənin xüsusiyyətinə uyğun olaraq kombinizion, xalat, ayyaqqabı, əlcək, eynək, və əlehyiqazdan istifadə edilməsi barədə zavod rəhbərlərinin müvafiq göstərişlər verilmişdir. Müvafiq xəbərdaredici lövhələrin nümunələri onlara təqdim olunmuşdur.
   Bundan başqa pestisidlər saxlanılan otaqların geniş və işıqlı olması, daim fərdi mühafizə vasitələri ilə təmin olunması zavod rəhbərliyinin nəzərinə çatdırılıb. Verilən tövsiyə və tapşırıqlarla bağlı zavod rəhbərləri və baş aqronomların iştirakı ilə akt tərtib olunaraq təsdiqlənib.

Keçidlər