Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Regionda intellektual hərəkatın təbliği” layihəsi çərçivəsində növbəti seçim turu keçirilmişdir.

07 mart 2014 | 11:00

 06 mart 2014- cü il tarixdə Ağcabədi şəhəri Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Regionda intellektual hərəkatın təbliği” layihəsi çərçivəsində Ağcabədi rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional filialının, “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin, “MİL” İntellektual Klubunun birgə təşkilatçılığı ilə növbəti seçim turu keçirilmişdir.
    Ağcabədi Qarabağ Muğam Mərkəzində keçirilən seçim turunda 13 komanda iştirak etmişdir. Yarış “Xəmsə” intellektual oyun növü üzrə keçirilmişdir. Ən yüksək nəticə göstərmiş Ağcabədi Pedoqoji Kollecinin “Düşüncə” və Ağcabədi şəhər 4 saylı orta məktəbin “Elit” komandaları layihənin sonunda keçiriləcək “Gənclik” kubokuna vəsiqə qazanmışlar. Layihə Beyləqan ilə yanaşı, Ağcabədi, Xocavənd və Füzuli rayonlarını da əhatə edəcəkdir. Layihə çərçivəsində hər rayonda “Nə? Harada? Nə vaxt?” və “Xəmsə” intellektual oyun növləri üzrə yarışlar keçiriləcəkdir. İlk iki yerin qalibi olmuş komandalar layihənin sonunda Beyləqanda təşkil ediləcək finalda - “Gənclik” kubokunda oynamaq şansı qazanacaqlar. Həmçinin layihənin icra olunduğu rayonların hər birində yaradılmış intellektual klubların fəaliyyətinə də dəstək göstəriləcəkdir. Layihənin əsas məqsədi region gəncləri arasında müxtəlif intellektual yarışlar təşkil etməklə onlarda cəld və düzgün qərar qəbuletmə keyfiyyətlərinin və intellektual səviyyənin qeyri-formal yolla inkişafına dəstək olmaq və intellektual şəbəkələşmə prosesinə təkan verməkdən ibarətdir.

Keçidlər