KARANTİN TƏDBİRLƏRİ – Qaynar xəttə daxil olan müraciətlərlə bağlı vətəndaşlar operativ cavablandırılır.
Rayon İcra Hakimiyyətində yaradılmış Müraciətlərə Operativ Baxılma Mərkəzinə 02 aprel 2020-ci il tarixində rayon sakinləri tərəfindən 27 müraciət daxil olub. Müraciətlərlə bağlı mərkəz əməkdaşları tərəfindən vətəndaşların sualları cavablandırılmış, qanunvericiliyə uyğun olaraq vətəndaşlara müvafiq izahatlar verilib. Cavablar telefon zəngi, sms və whatsapp mesajları vasitəsilə vətəndaşlara çatdırılıb.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyətində qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları, eyni zamanda səyyar qəbulların keçirilməsi təxirə salınmışdır.
Ağcabədi Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə Müraciətlərə Operativ Baxılma Mərkəzi tərəfindən həyata keçirilir.
Vətəndaş məmnunluğu
Rayonunun Pərioğlular kəndi sakini Şahin Həsənov 3,2 ha sahədə pambıq əkini üçün müqavilə bağladığını, həmin sahəni arat etmək və 2 ha taxıl sahəsini suvarmaqda çətinlik çəkdiyini mərkəzin qaynar xəttinə zəng edərək bildirmişdir. Mərkəz əməkdaşları müraciət barədə rayon Suvarma Sistemləri İdarəsinə dərhal məlumat vermiş, idarənin işçiləri tərəfindən sahələrə yerinəd baxış keçirilmiş və həmin sahələr gün ərzində suvarma suyu ilə təmin olunmuşdur. Digər bir müraciət isə Ağcabədi şəhər sakini Təvəkkül Mehtiyev evində interenetdən istifadə edə bilməməsi barədə olmuş, rayon Telekommunikasiya Qovşağının işçiləri tərəfindən gün ərzində telefon xətti bərpa olunaraq, vətəndaşın internetə çıxış təmin olunmuşdur. Mərkəzə müraciət edən vətəndaşlar məmnun qalmaqla, təkrar zəng edərək minnətdarlıqlarını bildirirlər.
Qeyd edək ki, yeni yaradılmış MOB mərkəzində, ümumilikdə 100-dən çox mövzu ilə bağlı vətəndaş müraciətlərinə operativ baxılması, cavablandırılması və həlli üçün 7 pəncərə üzrə məsul işçilər, könüllülər və operativ işçi qrup fəaliyyət göstərir.
Mərkəzin əlaqə məlumatlarını diqqətinizə çatdırırıq:
Qaynar xətt: 050-473-97-73; 070-373-97-73; 021-275-48-06; 021-275-52-03
WhatsApp: 050-473-97-73
Skype: Ağcabədi MOB
E-poçt: mail@agcabedi-ih.gov.az; agcabedi.mob@gmail.com