Şriftin ölçüsü :

Saytın rəngi :

KƏND TƏSƏRRÜFATI - Ağcabədidə 10 min hektardan çox sahədə pambıq becərilməsi üçün fermerlərlə müqavilə bağlanılıb.

31 mart 2020 | 11:00

    Ötən il məhsul tədarükünə və hər hektarın məhsuldarlığına görə respublikanın pambıqçılıq rayonları arasında ön sıralarda dayanan Ağcabədi pambıqçıları cari ilin çiyid səpininə hazırlıq görürlər.
    Rayonda 1754 istehsalçı ilə 4761,93 hektarı “MKT İstehsalat Kommersiya” MMC, 4157,63 hektarı “Azərpambıq” MMC və 1420 hektarı “P-Aqro” MMC ilə olmaqla, 10  min 339,56 hektarda pambıq əkini üçün müqavilə bağlanıb. Hazırda fermerlərlə pambıq əkini üçün müqavilələrin bağlanması davam edir.
    Pambıq becəriləcək sahələr qış aylarında şumlanıb, arata qoyulub. Hazırda şumun malalanması işləri həyata keçirilir. Çiyid səpininə optimal temperatur yarandığı təqdirdə aprel ayının birinci ongünlüyündə başlanacaq.
    Qeyd edək ki, 2019-cu ildə Ağcabədi rayonunda 10 min 452,25 hektar sahədə pambıq becərilib, 32 min 099 ton məhsul istehsal edilib.

Keçidlər