Şriftin ölçüsü :

Saytın rəngi :

KARANTİN TƏDBİRLƏRİ - Ərzaq məhsulları satışının təşkilinə diqqət və qayğı artırılır.

02 aprel 2020 | 11:00

   Dünyada tüğyan edən koronavirus epidemiyası ilə əlaqədar olaraq ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da geniş qabaqlayıcı tədbirlər həyata keçirilir. Rayon əhalisi arasında izahat və maarifləndirici tədbirlər aparılır. Mövcud karantin qaydalarına riayət edilməsi üçün müvafiq işlər görülür.
   Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə bu istiqamətdə son günlər daha ciddi addımlar atılır. Şəhər mərkəzində, qəsəbə və kəndlərdə fəaliyyət göstərən ticarət, iaşə, məişət obyektlərinin bağlanması təmin olunub. Karantin qaydalarına zidd olmayan xidmət sahələrinin normal işləməsi üçün hər cür şərait yaradılıb.
  Rayon icra hakimiyyətinin başçısı cənab Rafil Hüseynov şəhərin bir sıra küçə və prospektlərində olub, mağazaların, meyvə-tərəvəz bazarının fəaliyyəti ilə maraqlanıb, sahibkarlarla görüşüb, onlara lazımi tövsiyələr verib. Söhbət zamanı qeyd olunub ki, ticarət şəbəkələrində qiymət artımına və qiymətlərin süni şəkildə şişirdilməsi hallarına yol verilməməlidir. Karantin müddətdə ərzaq mağazalarından aztəminatlı, ehtiyacı olan şəxslərə pulsuz çörək verildiyi bildirilib. Həmçinin, sahibkarlar ərzaq məhsullarının gətirilməsində heç bir fasilə yaranmadığını, normal şəraitdə fəaliyyət göstərdiklərini, sanitar-gigiyenik qaydalara əməl olunduğunu qeyd ediblər.

 

 

Keçidlər