Şriftin ölçüsü :

Saytın rəngi :

KARANTİN TƏDBİRLƏRİ - Müraciətlərə Operativ Baxılma Mərkəzinə daxil olan bütün müraciətlər operativ cavablandırılır

01 aprel 2020 | 11:00

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyətində qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları, eyni zamanda səyyar qəbulların keçirilməsi təxirə salınmışdır.
Ağcabədi Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə Müraciətlərə Operativ Baxılma Mərkəzi tərəfindən həyata keçirilir.
Mərkəzə 31 mart 2020-ci il tarixində rayon sakinləri tərəfindən 26 müraciət edilmişdir. Müraciətlərlə bağlı mərkəz əməkdaşları tərəfindən vətəndaşların sualları cavablandırılmış, qanunvericiliyə uyğun olaraq vətəndaşlara müvafiq izahatlar verilib. Müraciətlər mərkəzin qaynar xətt nörmələrinə daxil olan zənglərlə qeydə alınmış və müraciətlərin cavabları telefon zəngi, sms və whatsapp mesajları vasitəsilə vətəndaşlara çatdırılıb.
Vətəndaş məmnunluğu
Mərkəzə rayonunun Xocavənd kəndindən müraciət edən Zenfira Mirzəyeva qaz sayğacının plastik kartının koda düşdüyünü və buna görə də qaz təminatının dayandığını bildirmişdir. Mərkəz əməkdaşları tərəfindən Tərtər Regional Qaz İstismar İdarəsinin Ağcabədi Xidmət Sahəsinə dərhal məlumat verilmiş və gün ərzində ASAN xidmət mərkəzindən də əməkdaş dəvət olunaraq,  qaz sayğacında problem aradan qaldırılmış və vətəndaşın yaşadığı evə təbii qaz verilişi bərpa olunmuşdur. Bununla bağlı Zenfira Mirzəyeva mərkəzə təkrar zəng edərək, məsələnin operativ həlli üçün rayon İcra Hakimiyyəti başçısına və mərkəz əməkdaşlarına öz minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, yeni yaradılmış MOB mərkəzində, ümumilikdə 100-dən çox mövzu ilə bağlı vətəndaş müraciətlərinə operativ baxılması, cavablandırılması və həlli üçün 7 pəncərə üzrə məsul işçilər, könüllülər və operativ işçi qrup fəaliyyət göstərir. Müraciətlər məsul işçilər tərəfindən elektron qaydada qeydə alınır. Bunun üçün xüsusi proqram hazırlanıb, qaynar xətt yaradılıb və müraciətlər həm vətəndaşların özləri tərəfindən şifahi şəkildə (xüsusi karantin rejimi dövrü istisna olmaqla), həm də elektron qaydada və qaynar xəttə gələn zəng və smslərlə qəbul olunur.
Mərkəzdə yaradılan şərait vətəndaşların müraciətlərinin operativ cavablandırılması, yerində həll olunması, vətəndaş məmnunluğunun təmin edilməsi, vaxt itkisinin, süründürməçilik və korrupsiya hallarının qarşısının alınmasını təmin edir.
Mərkəzin əlaqə məlumatlarını diqqətinizə çatdırırıq:
Qaynar xətt: 050-473-97-73; 070-373-97-73; 021-275-48-06; 021-275-52-03
WhatsApp:   050-473-97-73
Skype:          Ağcabədi MOB
E-poçt:         mail@agcabedi-ih.gov.az; agcabedi.mob@gmail.com

Keçidlər