Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 7- ci siniflər arasında " Koka - Kola Kuboku"nun final mərhələsi keçirilmişdir.

06 mart 2014 | 11:00

  "05 Mart - Bədən tərbiyəsi və idman günü" münasibəti ilə AFFA -nın, " Coca-Cola" şirkətinin və rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə  Ağcabədi rayonu M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbinin mini futbol meydançasında   " Coca - Cola Məktəbli Kuboku" layihəsinin 2013- 2014- ci il mövsümü üçün 7 - ci sinif şagirdləri arasında futbol yarışının final mərhələsi keçirilmişdir.
    Komandalar arasında gedən qızğın oyun nəticəsində rayonun V. Cəfərov adına Təzəkənd kənd  tam orta məktəbinin komandası 1- ci yerə, Cəfərbəyli  kənd tam orta məktəbinin komandası 2- ci yerə və Hindarx qəsəbə Q.Əliyev adına 3 saylı ümumi orta məktəbin  komandası isə 3- cü yerə layiq görülmüşdürlər.
    Qalibiyyəti qazanmış komanda yarışın zona mərhələsində iştirak edəcəkdir

Keçidlər