KARANTİN TƏDBİRLƏRİ - Müraciətlərə Operativ Baxılma Mərkəzinə 28 müraciət daxil olub
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyətində qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları, eyni zamanda səyyar qəbulların keçirilməsi təxirə salınmışdır.
Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə Müraciətlərə Operativ Baxılma Mərkəzi tərəfindən həyata keçirilir.
Mərkəzə 30 mart 2020-ci il tarixində rayon sakinləri tərəfindən 28 müraciət daxil olmuşdur. Bu müraciətlər, əsasən birdəfəlik maddi yardım, fərdi mənzillə təmin olunma, işlə təmin olunma, suvarma və sair mövzuları əhatə etmiş, müraciətlərin ikisi mərkəz əməkdaşları tərəfindən dərhal həll olunmuş, bir müraciət nəzarətə götürülmüş, digər müraciətlərlə bağlı isə qanunvericiliyə uyğun olaraq vətəndaşlara müvafiq izahat verilmişdir. Müraciətlər mərkəzin qaynar xətt nörmələrinə daxil olan zənglərlə qeydə alınmış və müraciətlərin cavabları telefon zəngi, sms və whatsapp mesajları vasitəsilə vətəndaşlara çatdırılmışdır.
Qeyd edək ki, yeni yaradılmış MOB mərkəzində, ümumilikdə 100-dən çox mövzu ilə bağlı vətəndaş müraciətlərinə operativ baxılması, cavablandırılması və həlli üçün 7 pəncərə üzrə məsul işçilər, könüllülər və operativ işçi qrup fəaliyyət göstərir.
Müraciətlər məsul işçilər tərəfindən elektron qaydada qeydə alınır. Bunun üçün xüsusi proqram hazırlanıb və proqrama rayon icra hakimiyyəti tərəfindən virtual nəzarət edilir.
Mərkəzdə qaynar xətt yaradılıb və müraciətlər həm vətəndaşların özləri tərəfindən şifahi şəkildə (xüsusi karantin rejimi dövrü istisna olmaqla), həm də elektron qaydada və qaynar xəttə gələn zəng və smslərlə qəbul olunur.
Mərkəzdə yaradılan şərait vətəndaşların müraciətlərinin operativ cavablandırılması, yerində həll olunması, vətəndaş məmnunluğunun təmin edilməsi, vaxt itkisinin, süründürməçilik və korrupsiya hallarının qarşısının alınmasını təmin edir.
Mərkəzin əlaqə məlumatları:
Qaynar xətt: 050-473-97-73; 070-373-97-73; 021-275-48-06; 021-275-52-03
WhatsApp: 050-473-97-73
Skype: Ağcabədi MOB
E-poçt: mail@agcabedi-ih.gov.az; agcabedi.mob@gmail.com