Şriftin ölçüsü :

Saytın rəngi :

KARANTİN TƏDBİRLƏRİ - Ağcabədi rayonu ərazisində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə yaradılmış mobil qruplar maarifləndirmə işlərini davam etdirir.

30 mart 2020 | 11:00

COVİD-19 koronovirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Ağcabədi rayonunda 82 mobil qrup yaradılmış, RİH əməkdaşları, könüllü gənclər, idmançılar və Yeni  Azərbaycan Partiyasının fəalları, eyni zamanda RİH başçısının inzibati ərazi nümayəndələri, bələdiyyələr, habelə digər dövlət qurumlarının əməkdaşları da mobil qrupların tərkibinə daxil edilmişdir.
Qrup üzvülərinin hər biri  qoruyucu vasitələrlə  təmin edilib.
#EvdəQal aksiyasına dəstək olaraq qrup üzvləri tərəfindən təhkim olunduqları ərazilərdə 3617 ailəyə baş çəkilmiş, 15191 nəfər vətəndaşla görüşülmüşdür. Bu ailələrdə, xüsusən də, 60-65 yaşdan yuxarı olan vətəndaşlarla ölkədə tətbiq olunan xüsusi karantin rejiminə əməl olunması, sosial məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbirləri görmələri, insanlararası təmaslarda 2 metrlik məsafənin saxlanılması tövsiyə edilib.
Həmçinin, Ağcabədi Rayon İcra Hakimiyyətində yaradılmış Müraciətlərə Operativ Baxılma Mərkəzinin qaynar xətt telefon nömrələri müraciətlər üçün vətəndaşların nəzərinə çatdırılıb.
Qeyd edək ki, maarifləndirmə işləri gündəlik davam etdirilir.

Keçidlər