Ağcabədi rayon M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbdə Fövqaladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları ilə birgə “Təbii fəlakətlər və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
04 mart 2014-cü il tarixdə Ağcabədi rayon M.Aranlı adına şəhər 11 saylı tam orta məktəbdə Fövqaladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları ilə birgə “Təbii fəlakətlər və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə məktəbin direktoru Eynulla Hacıyev açaraq qonaqları salamladı, bu günkü tədbirin aktuallığını və əhəmiyyətini iştirakçıların nəzərinə çatdırdı.
Sonra mərkəzin sektor müdiri Ruslan Zeynalov, mərkəzin operativ məlumat şöbəsinin rəisi baş leytenant Elnur Məhərrəmov, leytenant Nicat Məmmədov, Ağcabədi RTŞ –nın metodisti Baxşeyiş Mamedov “Fövqaladə hal anlayışı. Fövqaladə halların növləri”, “Yanğın təhlükəsizliyi. Yanğın zamanı şagirdlərin təxliyyəsi”, “Fəlakətlər zamanı panikanın yaranma səbəbləri, onun qarşısının alınması” mövzusunda və 112 xidməti haqqda çıxış etdilər.
Axırda iştirakçılar şagirdləri maraqlandıran suallara cavab verdilər.Tədbirin sonunda mövzu ilə bağlı sənədli film nümayiş etdirildi.