Ağcabədi rayonunda elektron kənd təsərrüfatı informasiya sistemindən qeydiyyatdan keçən torpaq mülkiyyətçilərinə fermer kartlarının səyyari paylanması təşkil edilmişdir
28 mart 2020 | 11:00
Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Kapital Bankın Ağcabədi filalının eləcə də Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin iştirakı ilə Ağcabədi rayonu üzrə elektron kənd təsərrüfatı informasiya sistemindən qeydiyyatdan keçən torpaq mülkiyyətçilərinin fermer kartlarının Koronavirusla bağlı karantin vəziyyətini nəzərə alaraq əhalinin Kapital Bankın Ağcabədi filalına toplaşmaması məqsədi ilə işçilərdən ibarət səyyari qruplar yaradılaraq 29 mart 2020-ci il tarixdən kəndlərdə fermer kartlarının səyyari paylanması təşkil edilmiş və bu işlər davam etdiriləcəkdir.