Şriftin ölçüsü :

Saytın rəngi :

E L A N

17 mart 2020 | 11:00

E L A N

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun qarşısının alınması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə və tələblərinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlər həyata keçirir. Bununla əlaqədar Ağcabədi Rayon İcra Hakimiyyətinin də Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışmasını və çoxsaylı vətəndaşların rayon İcra Hakimiyyəti aparatının inzibati binasına daxil olmasını nəzərə alaraq və Azərbaycan Respublikası Baş Nazirinin 16 mart 2020-ci il tarixli 1/384 saylı məktubunu əsas götürərək rayon İcra Hakimiyyəti aşağıdakı profilaktik tədbirləri həyata keçirir:

1. Qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulları təxirə salınır;
2. Səyyar qəbulların keçirilməsi təxirə salınır;
3. Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və telefon rabitəsi vasitəsilə həyata keçirilir:

3.1. Qaynar xətt:     +994 50-473-97-73
                          +994 70 373-97-73
                            021-275-48-06
                            021-275-52-03
3.2. WhatsApp:       +994 50-473-97-73
3.3. Skype:               agcabedi.mob@gmail.com
3.4. Elektron poçt:  mail@agcabedi-ih.gov.az

4. Əlavə tədbirlər barədə vətəndaşların məlumatlandırılması rayon İcra Hakimiyyətinin internet saytı       (agcabedi-ih.gov.az) və sosial şəbəkə hesabları (fb.com/agcabedi.rih) vasitəsilə həyata keçiriləcək;
5. Vətəndaşlara sosial məsuliyyətli davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görmələri,  ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına müraciət etməsi tövsiyə olunur.

AĞCABƏDİ RAYON İCRA HAKİMİYYƏTİ

Keçidlər