Ümumdünya Mülki Müdafiə günü münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilmişdir.
01 mart 2014- cü il tarixdə saat 10:30-da Ağcabədi şəhəri S.Vurğun adına 4 saylı tam orta məktəbində Ümumdünya Mülki Müdafiə günü münasibəti tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Fövqəladə Nazirliyinin Ağdam Regional Fövqəladə Hallar şöbəsinin rəisinin baş köməkçisi Rövşən Hüseynov iştirak etmişdir.
Tədbirin məqsədi mülkiyyət formasından asılı olmayaraq dinc əhalinin mühafizəsi sahəsindəki təcrübələrin öyrənilib, təkmilləşməsi idi.
İlk öncə tədbir iştirakçıları mülki müdafiə və fəlakət riskinin azaldılması mövzusunda şagirdlərə maarifləndirici məlumat verdilər.
Tədbirdə çıxış edənlər bildirdilər ki, məqsəd ictimaiyyətin diqqətini məhz qarşıya qoyulan problemlərin hərtərəfli öyrənilməsinə və həllinə yönəltməkdir. Bizə tövsiyyə olunan iş prinsipi dinc əhalinin mühafizəsi sahəsindəki təcrübəni ümumiləşdirib yaymaq, Mülki Müdafiə kadrlarının hazırlanması və təkmilləşdirilməsi, habelə təbii fəlakətlər və iri qəzalar zamanı qarşılıqlı yardımı təşkil etməkdən ibarətdir. Bunun üçün də Mülki müdafiə qüvvələri tərəfindən əhali arasında istər problemləri həlli baxımından, istərsə də maarifləndirmək məqsədi ilə söhbətlər aparılmış, məşğələlər və məşqlər keçirilmişdir.
Çıxışının sonunda çıxışçılar 01 Mart – “ Beynəlxalq Mülki Müdafiə günü” münasibətilə hər kəsi təbrik etmiş, hər zaman qarşıya qoyulan problemlərin həllində , çətin və şərəfli yolda uğurlar arzulamışdır.