Şriftin ölçüsü :

Saytın rəngi :

Tədbir keçirilib

07 mart 2020 | 11:00

   6 mart 2020-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətində yığıncaq keçirilib. Yığıncaqda aztəminatlı ailələrin işlə təmin olunması barədə məsələ müzakirə olunub. Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov məsələ ilə əlaqədar bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin göstərişinə uyğun olaraq rayonda aztəminatlı ailələrin işlə təmin olunması daim diqqət mərkəzində saxlanılmalıdır. Aztəminatlı ailələrin işlə təmin olunması, onların rifah halının yaxşılaşdırılması üçün ciddi tədbirlər həyata keçirilməlidir. Həmin ailələrin tikinti – abadlıq, quruculuq işlərinə cəlb edilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Daha dəqiq desək, həmin ailələrin quruculuq işlərində fəal iştirak etməsi başlıca məqsəddir.
    Sosial işçilərin işlə təmin olunması həm onların güzəranlarının yaxşılaşdırılmasına, həm də rayonda sosial – iqtisadi sahənin inkişafında mühüm rol oynayacaq.
Yığıncaqda müzakirə olan məsələ ilə əlaqədar geniş tərkibdən ibarət müvafiq komissiya yaradılıb.

Keçidlər