Şriftin ölçüsü :

Saytın rəngi :

Avşar kəndində Səyyar qəbul-görüş keçirilmişdir.

04 mart 2020 | 11:00

4 mart 2020-ci il tarixdə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Avşar kəndində vətəndaşlarla səyyar qəbul keçirmişdir. Qəbulda kənd sakinləri, hüquq – mühafizə orqanlarının, həmçinin idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də yerli bələdiyyə və icra nümayəndələri iştirak etmişlər.
    İcra başçısı R.Hüseynov səyyar qəbulda geniş və ətraflı çıxış etmişdir. Kənddə əhalinin məşğuliyyəti, görülən təsərrüfat işləri barədə söhbət açaraq, bildirmişdir ki,  Avşar kəndi rayonun ən böyük kəndlərindən biridir. Burada əhalinin sayı 7437 nəfər təşkil edir. Yerli əhali 7308 nəfər olmaqla bərabər, 41 ailədən ibarət olan 129 nəfər məcburi köçkün soydaşımız da burada məskunlaşmışdır.
    Kənddə 1420 ev təsərrüfatı olmaqla, ümumi təsərrüfatın sayı 1643-dür.
    Ötən il Avşar kəndində 242 hektar sahədə pambıq əkilmiş, hər hektardan 33,6 sentner olmaqla 812 ton məhsul əldə edilmişdir. 2019-cu ildə kənddə 6 nəfər kümçü tərəfindən 30 qutu ipəkqurdu saxlanılaraq, hər qutudan 35,17 kiloqram götürülməklə 1055 kiloqram barama təhvil verilmişdir.
   Təhsil sahəsinə də toxunan icra başçısı qeyd etmişdir ki, son 14 ildə Avşar kəndindəki məktəbləri bitirən 939 nəfər məzundan cəmi 109 nəfəri, yəni 12.2 faizi ali məktəblərə qəbul olub. Bu çox acınacaqlı vəziyyətdir. Rayon rəhbəri R.Hüseynov  gələcəyimiz olan bugünkü şagirdlərin yaxşı oxumaları, gələcəkdə savadlı və dünyagörüşlü vətəndaş kimi yetişmələrində təkcə məktəbin yox, həm də valideyinlərin böyük rol oynadıqlarını vurğuladı. Bildirdi ki, valideyinlər məktəb və müəllimlərlə nə qədər sıx ünsiyyətdə olsalar, məktəblilər dərslərini bir o qədər yaxşı oxuyarlar.
    Səyyar qəbulda çıxış edən rayon prokuroru Salman Səmədov, rayon məhkəməsinin sədri Sulduz Ləzimov, rayon polis şöbəsinin rəisi Ənvər Həsənov əhalinin rahat yaşamaları və vətəndaşların asayişinin təmin olunması istiqamətində görülən işlərdən, Avşar kəndinin ağsaqqal və ziyalılarının bu işdə onlara yardımçı olaraq, kömək göstərəcəklərinə ümid bəslədiklərini bildirdilər.
    Qəbulda Avşar kənd sakinlərindən Ədalət Hüseynov, Fazil Rəhimov, İsgəndər Qarayev, Mehman Mehdiyev, Tofiq İbrahimov, Elqayıt Kərimov, Şəmistan Hüseynov, Güleyşə Abbasova, və Bəstəgül Cəfərova çıxış edib, kənddə görülən quruculuq – abadlıq işlərindən söhbət açaraq, Avşar kəndində körpələr – evi uşaq bağçasının açılmasına ehtiyac olduğunu, içməli su artezianının və subartezian quyusunun qazılmasının vacibliyini nəzərə çatdırdılar.
   Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseyonv görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Əksər məsələlər yerində həll olunmuş, digərləri nəzarətə götürülmüşdür.

 

Keçidlər