Ağcabədi rayonunda "5 mart - Bədən Tərbiyəsi və İdman Günü" qeyd olunub.
4 mart 2020-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibəti ilə dəyirmi masa keçirilmişdir.
Dəyirmi masanı giriş sözü ilə açan Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov əvvəlcə idmançıları bayram münasibəti ilə təbrik edərək qeyd etdi ki, Azərbaycanda Bədən tərbiyəsi və İdman gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyub. Prezidenti İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçilməsindən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi.
Sonda rayonumuzda ayrı-ayrı idman növlərinin inkişafında göstərdikləri fəallığa görə bir qrup məşqçi-müəllim və Dünya çempionatının, Dünya Kubokunun, Beynəlxalq yarışların, Azərbaycan birinciliyinin qalibi və mükafatçılarına Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplom və hədiyyələr təqdim olunmuşdur.