Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Narkomanlığa qarşı mübarizədə ailə, məktəb və ictimaiyyətin birgə rolu” mövzusunda tədbir keçirilmişdir.

28 fevral 2020 | 11:00

   28 fevral 2020-ci il tarixdə Ağcabədi Pedoqoji Kollecində Ağcabədi Rayon Gənclər  və İdman  İdarəsinin və Dini Qurumlarla  iş üzrə Dövlət Komitəsinin Ağcabədi  rayon  bölgəsi  üzrə  şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomanlığa qarşı mübarizədə ailə, məktəb və ictimaiyyətin birgə rolu” mövzusunda tədbir keçirilmişdir.
   Tədbirdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, Ağcabədi Rayon Təhsil Şöbəsinin metodisti Tofiq Zeynalov, rayon Polis şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Etibar Mehtiyev və Dini Qurumlarla  iş üzrə Dövlət  Komitəsinin Ağcabədi  rayon  bölgəsi  üzrə  şöbə müdiri Əlizadə Nəcəfov çıxış edərək qeyd etdilər ki, Ümumilli Lider Heydər Əliyev narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Elə bunun davamıdır ki, ölkə başçısı cənab İlham Əliyevin  Narkotik vasitələrin və narkomanlığın yayılması ilə mübarizə üzrə müxtəlif dövürlər üçün müvafiq sərəncamlar imzalanması bu sahədə daha böyük işlər görülməsi üçün zəmin yaradıb. Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac var. Bir sözlə, gənclər mənəvi və psixoloji, eyni zamanda da fiziki cəhətdən o qədər güclü olmalıdır ki, onu heç bir şər qüvvə təsir altına sala bilməsin.
    Çıxış edən natiqlər bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniyanın, psixotrop maddələrin və digər zərərli vərdişlərin fəsadlarından, gənc nəslin sağlamlığı üçün yaratdığı təhlükələrdən, genofondumuza vura biləcəyi zərərlərdən və aparılan mübarizə tədbirlərindən, sağlam həyat tərzinin təbliğində ictimaiyyətin, gənclərin üzərinə düşən vəzifələrdən də geniş bəhs etdilər.
   Sonda Ağcabədi Pedaqoji Kollecin direktoru Mirələm İbrahimli çıxış edərək gənclər arasında sağlam həyat tərzinin təbliğ edilməsinin və onların narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ vərdişlərdən uzaq durmasının önəmini diqqətə çatdırdı və bu mövzuda tədbirlərin keçirilməsinin xüsusi önəmini qeyd edərək, gələn qonaqlara öz təşəkkürünü bildirdi.

 

Keçidlər