Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Basketbol idman növü turnir keçirilmişdir.

28 fevral 2020 | 11:00

   27-28 fevral 2020-ci il tarixlərdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb-liseyinin idman zalında məktəblər arasında Basketbol idman növü üzrə  Ağcabədi rayon turniri keçirilmişdir. Rayon turnirində 18 şəhər və kənd məktəbinin komandaları iştirak etmişdir.  Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən Basketbol idman növü üzrə  rayon turnirin yekununda Səməd Vurğun adına şəhər 4 saylı tam orta məktəbin komandası I yerə, Mirzə Fətəli Axundov adına şəhər 3 saylı məktəb-liseyinin komandası II yerə, Məmməd Əsədov adına şəhər 5 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülmüşlər. Nəticədə I,II və III yerləri tutmuş komandalara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim edilmişdir.

 

Keçidlər