Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş mini futbol üzrə məktəblərarası rayon birinciliyi keçirilmişdir.

25 fevral 2014 | 11:00

   24 fevral 2013- cü il tarixdə saat 14 :30 – da Ağcabədi şəhəri M. Aranlı adına 11 saylı tam orta məktəbin mini futbol meydançasında Rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin təşkilatçılığı ilə  Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş mini futbol üzrə məktəblərarası rayon birinciliyi keçirilməsinə start verilmişdir.
   Yarışda rayonun  şəhər və kənd məktəblərinin 14 komandasından 126 nəfər  iştirak etmişdir.
    Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş mini futbol üzrə rayon birinciliyinin final mərhələsi 28 fevral 2014 - cü il tarixdə keçirilmişdir.
   Komandalar arasında gedən qızğın oyun nəticəsində rayonun şəhər 1 saylı tam orta məktəbinin komandası 1- ci yerə, Şənlik kənd tam orta məktəbinin komandası 2- ci yerə və şəhər 2 saylı tam orta məktəbin komandası isə 3- cü yerə layiq görülmüşdürlər.
   Qalib komandalar  fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər