Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqrımının 28-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilmişdir

26 fevral 2020 | 11:00

Vətənimizin hər yerində olduğu kimi, Ağcabədidə də Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş silsilə tədbirlərindən biri də, ümumrayon tədbiri 26 fevral 2020-ci il tarixdə rayonun Şəhidlər Xiyabanında keçirilmişdir.
    Dəstə - dəstə Şəhidlər Xiyabanına axışan rayon ictimaiyyətinin nümayəndələri, idarə müəssisə işçiləri, məktəblilər və tələbələr əllərində tər qərənfillər Xocalı şəhidlərimizə, eləcə də burada uyuyan müharibə şəhidlərimizə öz ehtiramlarını bildirirdilər.
    Ağcabədi Pedaqoji Kollecinin yüzlərlə tələbəsi şəhərimizin mərkəzi küçələri boyu əllərində Xocalı faciəsini əks etdirən plakatlarla Şəhidlər  Xiyabanına  yürüş  etdikdən sonra buradakı böyük izdihama qoşuldular. Vətənpərvər tələbə gənclərin səsləndirdiyi “Şəhidlər ölməz Vətən bölünməz”, “Xocalı qatillərinə ölüm”, “Xocalı qanı yerdə qalmayacaq” kimi şüarları böyük izdihamda vətənə məhəbbət, düşmənə nifrət hissini alovlandırırdı.
    Şəhidlər Xiyabanında əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir. Sonra rayonun axundu Xocalı faciəsinin qurbanlarına, şəhidlərin ruhuna dualar oxumuş, fatihə vermişdir.
    Azərbaycan Pedaqoji Universitetinin tələbələri və Heydər Əliyev Mərkəzinin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun vətənpərvər üzvlərinin ifasında Xocalı Soyqırımına həsr olunmuş “Şəhid şəhər” adlı ədəbi – bədii şeir kompazisiyası nümayiş etdirilmişdir.
   Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, icra hakimiyyətinin məsul işçiləri, hüquq mühafizə, idarə və müəssisə rəhbərləri tədbirə qoşulmuş Ağcabədi rayonunun sakinləri “Şəhidlər Xiyabanı”nda uyuyan əziz həmvətənlərimizin məzarları üstünə qırmızı, tər qərənfillər düzmüşlər.
    Şəhidlər Xiyabanı şəhid qanı rəngini daşıyan al qərənfillərə bürünmüşdür.

 

Keçidlər