Şriftin ölçüsü :

Saytın rəngi :

"Qış möcüzəsi " adlı fotomarafonun qalibləri müəyənləşdi.

25 fevral 2020 | 11:00

   Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Fotoqrafları Birliyi tərəfindən respublikamızın bütün rayonlarında gənclər arasında foto sənətinə marağın artırılması, bu sahədə yeni istedadların aşkar edilməsi, ətraf aləmin gənclər tərəfindən estetik dərk edilməsinin təşviq edilməsi məqsədilə 2019-cu ilin dekabr ayında "Qış möcüzəsi” adlı fotomarafon keçirilmişdi.
    Bu gün Ağcabədi Pedaqoji Kollecində Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən "Qış möcüzəsi” adlı fotomarafon qalibinin mükafatlandırma mərasimi keçirilib.
    Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov qalibi təbrik edərək gələcəkdə daha böyük uğurlar qazanmasını arzulayıb. Gənclərə hər zaman aktiv olmağı və bu cür müsabiqələrdə, eləcədə rayonun ictimai-siyasi həyatında fəal iştirak etməyi tövsiyə edib.
   Sonda  "mənzərə" mövzusunda çəkdiyi şəkilə görə qalib Ağcabədi Pedaqoji Kollecin tələbəsi Ayşən Talıbovaya  Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Diplom və hədiyyəsi təqdim edilib.

Keçidlər