Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalılarla görüş keçirilmişdir

25 fevral 2020 | 11:00

  Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov 24 – ü fevral 2020-ci il tarixdə icra hakimiyyətində Ağcabədi rayonu ərazisində müvəqqəti məskunlaşmış Xocalı rayonundan olan zərərçəkmiş məcburi köçkün ailələrin üzvləri ilə görüş keçirmişdir. Çay süfrəsi arxasında keçən bu görüşdə icra başçısı məcburi köçkünlərlə səmimi söhbət etmiş, onlara düşmən tapdağı altında olan torpaqlarımızın qaytarılması istiqamətində Azərbaycan dövləti tərəfindən görülən işlərdən söhbət açmışdır.
   Xocalıdan olan məcburi köçkünlər onlara göstərilən dövlət diqqət və qayğısından danışmış, ölkə başçısına öz təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Sonda rayonumuzda müvəqqəti məskunlaşmış Xocalı rayonundan olan məcburi köçkün ailələrinə sovqatlar verilmişdir.

Keçidlər