Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsi qurbanları məktəblilər tərəfindən yad edildi

24 fevral 2020 | 11:00

  24.02.2020 tarixində Ü.Hacıbəyov adına 7 saylı tam orta məktəbdə Xocalı faciəsinə həsr edilmiş tədbir keçirildi .Tədbir Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükut ilə başlandı.Çıxış edən direktor P.Musayev şagirdlərə Xocalı Faicəsi,Ermənilərin xalqımıza qarşı törətdiyi təcavüz barədə geniş məlumat verdi.Xalqımızın düşmən işğalına qarşı müqaviməti,şəhidlərimizin qəhrəmanlığı barədə danışdı.Təşkilatçı müavin Sənubər Cəfərova,tarix müəllimi N.Abbasov çıxışlarında Xocalı Faciəsinin xalqımıza qarşı soyqırım aktı olduğunu,bu qırğından 366 rus polkunun iştirakı barədə danışdılar.Sonda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya və slaydlar nümayiş etdirildi.

Keçidlər