Şəhidlərin xatirəsinə həsr olunmuş Cüdo idman növü üzrə Ağcabədi rayon turniri
24 fevral 2020 | 11:00
22 fevral 2020-ci il tarixdə Ağcabədi Olimpiya İdman Kompleksində Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar olaraq Cüdo idman növü üzrə Şəhidlərin xatirəsinə həsr olunmuş rayon turniri keçirilmişdir. Turnirdə 41 nəfər idmançı müxtəlif çəki dərəcələrində öz qüvvələrini sınamışdır. Gərgin idman mübarizəsi şəraitində keçən turnirin yekununda I,II və III yerləri tutan cüdoçulara Ağcabədi Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim olunmuşdur.