Şəhid son mənzilə yola salındı.
2020-ci il fevral ayının 22-də Ağcabədi ictimaiəti şəhid övladını, Ağcabədi şəhər sakini Abbasov Akif Elşən oğlunu son mənzilə yola saldı. Abbasov Akif Elşən oğlu cəbhə zonasınada, “N” saylı hərbi hissədə hərbi xidməti zamanı şəhid olmuşdur.Vətən yolunda,torpaq yolunda öz canından keçən şəhid Abbasov Akif Elşən oğlunun rayonumuzun Şəhidlər Xiyabanında keçən dəfin mərasimi böyük xalq izdihamı ilə müşaiyyət olunmuşdur.Mərasimdə şəhidin valideyinləri,qohumları və yaxınları ilə bərabər vaxtı ilə oxuduğu şəhər 1 saylı orta məktəbin kollektivi, başda rayon İcra,Hüquq mühafizə və hərbi hissə orqanlarının rəhbərləri olmaqla rayon idarə və müəssə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.Azərbaycan bayrağının dalğaları altında hərbiçi əsgərlərimizin çiyinlərində “Vətən bölünməz, Şəhidlər ölməz” şuarlarının sədaları altında Şəhidlər Xiyabanına daxil olan şəhid tabutu çox yüksək coşqu ilə torpağa tapşırıldı. “Başın sağ olsun vətən,yolunda daha bir şəhidini qurban verdin” duyğusu ürəklərdə vətənsevərlik hissini riqqətə gətirdi.
Akif Elşən oğlu Abbasov qısa, mənalı ömür yolu keçmişdir.Hələ orta məktəbdə oxuyanda yüksək əxlaqi keyfiyyəti, çalışqanlığı və vətənpərvərliyi ilə seçilirdi.Ona görədə orta təhsilini başa vurduqdan sonra hərbi xidmət yaşı çatana qədər faydalı əməklə məşqul olmuş, ailəsinin dolanışığına yardımçı olmuşdur.
O, 2019-cu ilin aprel ayında hərbi xidmətə getmiş,cəbhə bölgəsində “N”saylı hərbi hissədə xidmət etmişdir. Hərbi xidmət zamanı vətənpərvərliyi,qorxmazlığı və mübarizliyi ilə komandir heyyətinin və əsgər yoldaşlarının hörmətini qazanmışdır.Çox təəssüf ki, o qəlbən bağlandığı vətənə hərbi xidmət borcunu sonadək yerinə yetirə bilmədi.Ancaq Vaxtsız ölüm onu şəhidlik zirvəsinə ucaltdı.Dəfn mərasimində çıxış edənlər onun bu keyyfiyətlərindən danışaraq son sözlərini bu sözlərlə bitirdilər: “Ruhaun şad olsun şəhid,Başın sağ olsun vətən!”