"21 fevral Beynəlxalq Ana dili" münasibəti ilə Ağcabədi rayon Tarix-Diyarşünaslıq muzeyində “Ana dilimiz qürur mənbəyimizdir”adlı dəyirmi masa təşkil olundu.
21 fevral 2020-ci il tarixdə "21 fevral Beynəlxalq Ana dili" münasibəti ilə Ağcabədi Rayon Tarix-Diyarşünaslıq muzeyində “Ana dilimiz qürur mənbəyimizdir” adlı dəyirmi masa təşkil olundu. Tədbirdə E.Məmmədov adına Şənlik kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak etdi. Muzeyin elmi işçisi Zalxa Səmədova Beynəlxalq Ana Dili Gününün tarixi haqqında danışıb. Bildirilib ki 1999-cu ilin noyabrında UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Qeyd olunub ki, Azərbaycan dili dünyanın ən inkişaf etmiş və zəngin dillərindən biridir. Ana dilimizi yad ünsürlərdən qorumağın, həmçinin dilin tədrisi məsələsinə ciddi yanaşmağın zəruriliyi vurğulanıb. Diqqətə çatdırılıb ki, bu il Beynəlxalq Ana dili Günü ilə bağlı sərhədsiz dillər mövzusunun seçilməsi ölkələr arasında dil baryerinin aradan qalxmasına, dil və mədəni müxtəlifliyin təbliğinə kömək edə bilər.Sonda şagirdlər ana dilimiz haqqında video çarx vasitəsilə doğma yurdumuza, onun əsrarəngiz gözəlliyinə, görməli yerlərinə, muzey və tarixi abidələrinə ,“Ana dili abidəsi”nə qiyabi səyahət etdilər.