Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə “Ulu Öndər Heydər Əliyevin memarı olduğu Azərbaycanın bir guşəsi Ağcabədi “adlı foto müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.

02 mart 2014 | 11:00

28 fevral 2014-cu il tarixdə Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatında Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə başlamış “Ulu Öndər Heydər Əliyevin memarı olduğu Azərbaycanın bir guşəsi Ağcabədi “adlı foto müsabiqənin qaliblərinə  Fəxri fərman və mükafatlar təqdim olunmuşdur.
     Elan olunmuş müsabiqədə Ağcabədinin rayonunun dünəninə, bu gününə və gələcəyinə həsr edilmiş fotolar nümayiş etdirilmişdir.Yaş məhdudiyyəti qoyulmadan həvəskarlar tərəfindən çəkilmiş şəkillər səsə qoyulmuş və I, II, III yerlər üzrə qaliblər müəyyən olunmuşdur.I yerə Ağcabədi rayon Hacıbədəlli kənd sakini İbrahimov Mais Həmid oğlu, II yerə  Heydər Əliyev Mərkəzinin əməkdaşı Məlikova Jalə Tofiq qızı və III yerə Ağcabədi şəhər sakini Məlikov Rəşad Bakir oğlu layiq görülmüşlər.

Keçidlər