Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində təşkil olunan məruzələr davam edir.

21 fevral 2020 | 11:00

Məlum olduğu kimi 04 oktyabr 2018-ci il tarixdən etibarən Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində məruzələrinin təşkilinə başlanılıb. Məruzələrin davamı olaraq Mərkəzin əməkdaşı Fariz Bünyatov 20 fevral 2020-ci il tarixdə Ü.Hacıbəyli adına şəhər 7 saylı tam orta məktəbdə “Heydər Əliyevin tərcümeyi-halı”, 21 fevral 2020-ci il tarixdə isə “Heydər Əliyevin Kreml günləri” adlı məruzələrlə çıxış etmişdir.
Ulu Öndərin şərəfli ömür yolu və Vətənimiz qarşısında tarixi xidmətləri haqqında geniş məlumat verən məruzəçi qeyd etmişdir ki, bütün mənalı ömrünü hədsiz dərəcədə sevdiyi Vətənin tərəqqisinə həsr edən Ulu Öndər Heydər Əliyev hələ sovet hakimiyyəti dövründən başlayaraq bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır. Müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə məruz qalan milli dövlətçiliyimiz məhz Heydər Əliyev müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olaraq yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır.
Məruzə zamanı o da vurğulandı ki, müasir Azərbaycanda vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin inkişafı məhz Ulu Öndərin adı ilə bağlıdır.

Keçidlər