Ağcabədi rayonunda Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
21 fevral 2020-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsi və YAP Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatının akt zalında tədbir keçirilmişdir.
Tədbirdə Xocalı şəhidlərinin, o cümlədən Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş bütün şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyadov açaraq Xocalı faciəsi barədə məlumat vermişdir.
Faciə ilə əlaqədar Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov məruzə ilə çıxış etdi, daha sonra Heydər Əliyev Mərkəzinin əməkdaşı Rövşanə Əliyeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Əli Əhmədov, Ağcabədi Rayon Gənclər və İdman İdrəsinin aparıcı məsləhətçisi Cavid Bünyadov çıxış edərək Xocalı faciəsi barədə öz təəsüratlarını bölüşdülər.
Tədbirdə Ağcabədi şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin ifasında Xocalıya aid əbədi-bədii kompazisiyası nümayiş etdirildi.
Tədbirin sonunda Xocalı faciəsinə həsr edilmiş film nümayiş etdirildi.