Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon Tarix-Diyarşunaslıq Muzeyində Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun anadan olmasının 110 illiyilə əlaqədar “Azərbaycanın Qızıl Ulduzları” adlı tədbir keçirilib.

19 fevral 2020 | 11:00

19 fevral 2020-ci il tarixdə Ağcabədi rayon tarix –Diyarşunaslıq Muzeyində görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illiyilə əlaqədar mühazirə oxunulub. Tədbirdə Ağcabədi rayon S.Quliyev adına Muğanlı kənd tam orta məktəbin şagird və müəllim heyyəti iştirak edib. Ağcabədi Rayon Tarix-Diyarşunaslıq muzeyinin direktoru Sadiq Əliyev çıxış edərək bildirmişdir ki, “Xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.” –deyə qeyd etmişdir.
       Sonra muzeyin elmi işçisi Səmədova Zalxa çıxış edərək böyük sərkədənin həyat yollarından ,Böyük Vətən müharibəsində göstərdiyi igidliklərdən danışmış, onun həyatının gənc nəslə nümunə olduğunu bildirmişdir.
       Sonra Sovet İttifaqı qəhrəmanı Həzi Aslanova həsr olunmuş video çarx nümayiş etdirilmişdir. Tədbirin sonunda şagirdlər muzeylə tanış olublar.

Keçidlər