Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzinin əməkaşlarının şəhər məktəblərində təşkil etdiyi məruzələr davam edir.

19 fevral 2020 | 11:00

19 fevral 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzin əməkdaşı Cavid İsmayılov Ş. Hüseynov adına Ağcabədi şəhər 2 saylı tam orta məktəbdə “Heydər Əliyevin Kreml günləri” adlı məruzə ilə çıxış etmişdir. Uzaqgörən siyasətçi Ulu Öndər Heydər Əliyevin ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-82-ci illərdən bəhs edən məruzəçi bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri  yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olmuşdur.
  1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə azərbaycanlı gənclər Moskvanın aparıcı ali məktəblərinə təhsil almağa göndərildiyini vurğulayan məruzəçi qısa bir zamanda belə gənclərin sayı 1000-ə çatdığını bildirmişdir. O dövrdə həmçinin, Bakıda ən böyük abadlıq işləri görülmüş, müasir memarlığın əsası sayılan bir sıra memarlıq ansamblı inzibati mərkəz, saray, institut, nəşriyyat, tədris korpusu, kompleks və digər binalar  tikilib istifadəyə verilmişdir. Məhz, Heydər Əliyevin təşəbbüsü sayəsində  çox sayda memarlıq abidəsinin bərpası mümkün olmuşdur.
   Sonda məktəblilərin fəal iştirakı ilə keçirilən diskussiyada şagirdlər xüsusi fəallıqları ilə seçilmişlər.

Keçidlər