Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhər 2 nömrəli tam orta məktəbində mühazirə ilə çıxış ediblər.
18 fevral 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzin əməkdaşı Cavid Ismayılov Ş.Hüseynov adına Ağcabədi şəhər 9 saylı tam orta məktəbdə “Heydər Əliyevin tərcümeyi-halı” adlı məruzə ilə çıxış etmişdir. Ulu Öndər Heydər Əliyevin şərəfli həyatı və fəaliyyət haqqında ətraflı məlumat verən məruzəçi bildirib ki, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvü seçilən Ulu Öndər Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.
Məruzə zamanı o da vuğulanmışdır ki, 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev həmin ilin iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev, 1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Qeyd edək ki, bütün şəhər ümumtəhsil məktəblərini əhatə edəcək məruzələr tədris ilinin sonunadək davam edəcəkdir.