Ağcabədi rayonunda “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4. bəndinin 5.4.1. yarımbəndinin icrası ilə bağlı İstedadlı və Yaradıcı gənclərin toplantısı keçirilmişdir.
18 fevral 2020-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Ağcabədi Pedaqoji Kollecində “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4. bəndinin 5.4.1. yarımbəndinin icrası ilə bağlı İstedadlı və Yaradıcı gənclərin toplantısı keçirilmişdir.
Toplantıda Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov , Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov, rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Cavid Bünyadov və 64 nəfər gənc iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov dahi şəxsiyyət Ulu Öndərimiz Heydər Əliyevin müstəqilliyimizin ilk illərindən etibarən gənclərimizə göstərdiyi geniş qayğıdan söhbət açdı.Gənclərlə işin təşkili zamanı yaradıcı və istedadı gənclərin daima ön sıralarda olduğunu və rayonumuzda da belə gənclərin öz istedad və yaradıcılıqlarını nümayiş etdirməkləri üçün bütün lazımı şəraitin yaradıldığını vurğuladı.
Sonra digər natiqlər çıxış edərək Azərbaycan gəncliyinin inkişafı üçün ölkəmizdə geniş yaradıcılıq mühitinin olduğunu vurğulayıblar. Natiqlər qeyd edib ki, dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı demək olar ki, ölkəmizin bütün sahələrini əhatə edən, gənclərə istiqamət verən mühüm sənəddir. Gənclər bu imkanlardan səmərəli istifadə etməli, ölkəmizin inkişafına öz töhfələrini verməlidirlər. Yaradıcı gənclər daim özlərini inkişaf etdirməli, müasir biliklərə yiyələnməli, müasir texnologiyaların imkanlarından yüksək səviyyədə istifadəni bacarmalıdırlar.
Daha sonra mövzu ətrafında gənclərə təhlillər və müzakirələr aparılıb.