Ağcabədi Rayonu Şahmat Məktəbində Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş Respublika Şahmat Turniri keçirilmişdir.
25 fevral 2014- cü il tarixdə Ağcabədi Rayonu Şahmat Məktəbində Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş Respublika Şahmat Turnirinin keçirilməsinə start verilmişdir. Turnirdə respublikanın 33 rayonundan 5 qrup üzrə 150 şagird şahmatçı iştirak edir. Turnirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi “ Təhsil “ Respublika İdman Mərkəzinin şöbə müdiri Natiq Məmmədov iştirak etmişdir.
Turnir iştirakçıları ilk öncə vətənin müdafiəsi uğrunda şəhid olmuş vətən oğullarının məzarlarını ziyarət edərək və onların məzarları üzərinə tər qərənfillər düzərək, Tanrıdan onlara rəhmət diləmişlər.
Tədbiri Rayon Şahmat Məktəbinin direktoru Cavanşir Məmmədov açaraq, bildirmişdir ki, 1992- ci ilin 25 -dən 26- a keçən gecə Xocalı şəhərində erməni qəsbkarları və rus ordusunun 366 – cı motoatıcı alayı tərəfindən dinc, günahsız insanlara qarşı irimiqyaslı hərbi təcavüz və ağır cinayət əməlləri törədilmişdir.
Yekunda natiq bildirdi ki, 21 ildir ki, ədaləti bərpa olunmayan bu faciə Ali Baş Komandanın, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində öz müsbət həllini tapacaq, bu faciənin bilavasitə iştirakçıları dünyanın qınaq obyektinə məruz qalacaqdır.
Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əbülfət Tapdıqov və Azərbaycan Respublikası Təhsil Nazirliyi “ Təhsil “ Respublika İdman Mərkəzinin şöbə müdiri Natiq Məmmədov çıxış edərək, bildirdilər ki, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri ermənilərin Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Yekunda Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş Respublika Şahmat Turniri açıq elan olundu. Turnir mart ayının 5- dək davam edəcəkdir. Turnirin 5 qrup üzrə müəyyən edilmiş qalibləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin diplomu və hədiyyələrlə mükafatlandırılacaqdır.
Tədbirdə 150 nəfər iştirak etmişdir.