Heydər Əliyev Mərkəzinin əməkdaşları şəhər 9 nömrəli tam orta məktəbində mühazirə ilə çıxış ediblər
13 fevral 2020-ci il tarixdə Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzin əməkdaşı Rövşanə Əliyeva Ağcabədi şəhər 9 saylı tam orta məktəbdə “Heydər Əliyevin Kreml günləri” adlı məruzə ilə çıxış etmişdir. Azərbaycan dövlətinin qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin 1969-cu ildən etibarən Azərbaycana rəhbərlik etdiyi dövr haqqında ətraflı məlumat verən məruzəçi bildirmişdir ki, imperiya buxovunda olan Azərbaycana rəhbərlik etdiyi illərdə Ümummilli Liderimizin bu respublikanın geridə qalmış aqrar ölkədən inkişaf etmiş sənaye respublikasına çevirməsi, istər SSRİ rəhbərliyinə yüksələndə qeyri-adi idarəçilik qabilliyəti nümayiş etdirməsi, istərsə də dağılmış bir ölkəni – Azərbaycanı qısa zaman kəsiyində dünyanın söz sahibi olan dövlətinə çevirməsi onun zəngin idarəçilik istedadınan xəbər verir.
Məruzəçi, həmçinin qeyd etmişdir ki, Ulu Öndər Heydər Sovet İttifaqının rəhbərlərindən biri olarkən, SSRİ kimi nəhəng bir ölkənin vacib strateji sahələrini idarə edirdi. Həmçinin bu zaman Heydər Əliyev ölkənin ağır sənaye, nəqliyyat, tikinti, səhiyyə, təhsil, gənclərlə iş kimi mühüm sosial–iqtisadi sahələrinə nəzarət və uğurla rəhbərlik edirdi.
Məktəblilərin diqqətinə o da çatdırılmışdır ki, Qorbaçovun yürütdüyü siyasətə etiraz əlaməti olaraq Ulu Öndər Heydər Əliyev 1987- ci il oktyabr ayında SSRİ Nazirlər Soveti sədrinin birinci müaviniliyindən istefa verdi. 1993-cü ilədək ən çətin dövrünü yaşayan, hətta parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycan Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə gəlişi ilə bərabər xilas olmuşdur.