“2 Fevral – Azərbaycan gəncləri günü”dür
Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov, rayon İcra Hakimiyyəti başçısının müavini Xaliq Mirzəyev, rayon İcra Hakimiyyətinin şöbə müdiri Qurban Babayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon İcra Hakimiyyəti Başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, məktəb direktorları, Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının Gənclər Birliyinin üzvləri, şəhər, qəsəbə və kəndlərdən olan fəal gənclər iştirak etmişdir.
İlk öncə tədbir iştirakçıları Ümummilli Liderimiz Heydər Əliyevin rayon İcra Hakimiyyətinin binası qarşısında ucaldılmış abidəsinin önünə gül və çiçək dəstələri düzülmüşdür. Daha sonra tədbir rayon Qızılsaray Şadlıq sarayında davam etmişdir.
Tədbirdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Rüfət Quliyev məruzə ilə çıxış etdi. Sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Tələbə Gənclər Təşkilatının sədri Eltac Fərzəliyev və Yeni Abituriyent Tədris Mərkəzinin tədris hissə rəhbəri İlahə Abbasova məruzə ətrafında çıxış etdilər. Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Əhmədov Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğıdan geniş bəhs edərək ,gənclərə gələcək işlərində uğurlar arzu etmiş və onlara Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynovun 2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə təbrikini çatdırmışdır.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclərə və eləcədə dünya çempionatında, beynəlxalq turnirlərdə və Azərbaycan birinciliklərində uğurlu nəticələr əldə etmiş idmançılara rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman, diplomlar təqdim olunmuşdur.
Tədbir Ağcabədi Regional Mədəniyyət İdarəsinin gənc kollektivinin əyləncəli bayram konserti ilə davam etmişdir.