Xocalı Faciəsinin 22- ci ildönümü münasibəti ilə Ağcabədi şəhəri M. Aranlı adına 11 saylı tam orta məktəbində tədbir keçirilmişdir.
26 fevral 2014 | 11:00
25 fevral 2014-cü il tarixdə Ağcabədi şəhəri M.Aranlı adına 11 saylı tam orta məktəbində 26 Fevral – Xocalı Soyqırımının 22 – ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə ilk olaraq Xocalı Faciəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Daha sonra tədbiri Ağcabədi şəhəri 11 saylı tam orta məktəbinin direktoru Eynulla Hacıyev açıq elan edərək, Xocalı Faciəsində erməni mənfurlarının törətdiyi vəhşiliklər barədə məruzə ilə çıxış etmişdir.
Tədbirin yekununda məktəbin şagirdlərinin hazırladıqları ədəbi –bədii kompozisiya tədbir iştirakçılarının diqqətinə çatdırılmişdır.